MDB-nin monitorinq missiyası seçkiləri müzakirə etdi
R.Usubov məlumat verib ki, prokurorluq orqanları Seçki Məcəlləsinə uyğun olaraq, seçki prosesinin pozulması ilə bağlı daxil olan müraciətləri çevik nəzərdən keçirmək üçün zəruri tədbirlər görür: "Belə ki, Baş Prokurorluq yanında daxil olan şikayət və ərizələrin yoxlanılması üzrə xüsusi işçi qrupu yaradılıb. Oktyabrın 4-nə olan məlumata görə, Baş Prokurorluğa 5 müraciət, o cümlədən 1 anonim müraciət daxil olub. Onlardan 4-ü aidiyyəti üzrə göndərilib".
MDB-dən olan müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Sloboda qeyd edib ki, missiya artıq formalaşıb. Onun tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Yığıncağı, həmçinin MDB İcraiyyə Komitəsini təmsil edən 276 nəfər daxildir.
Hazırda MDB-dən olan qısamüddətli müşahidəçilər respublikaya gəlməyə başlayırlar. Missiyanın qərargahında təlimat aparıldıqdan və zəruri sənədləri əldə etdikdən sonra onlar ölkənin bölgələrinə yollanırlar. Missiya nümayəndələri səsvermə günündə Azərbaycanın bütün rayonlarında, Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında seçki məntəqələrində olacaqlar.
Onlar səsvermə yerlərinin açılışından seçki komissiya məntəqələrinin səsverməni yekunlaşdırmasınadək seçkilərin müxtəlif mərhələlərində iştirak edəcəklər.
MDB-dən olan müşahidə missiyası son nəticə və dəyərləndirmələrini yekun sənəddə ortaya qoyacaq.
Teqlər: