Kim Çen In və xanımı məşhurların konsertində

Kim Çen In və xanımı məşhurların konsertində
  02 Aprel 2018    Oxunub:1878
Şimali Koreya lideri Kim Çen In və onun xanımı Cənubi Koreyadan olan pop ulduzların Pxenyandakı konsertində iştirak edib.

AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, musiqiçilərin 10 ildən çox müddətdə baş tutan ilk səfərdir. Cənubi Koreyanın 11-dən çox musiqi qrupu Pxenyanda konsert verəcəklər.

İlk konsert bazar günü axşam saatlarında Pxenyanın şərqində “Grand Theatre”da baş tutub. İkinci konsert isə çərşənbə axşamı olacaq. Konsert proqramında pop, rok və digər janrlar yer alıb. Konsertdə, həmçinin Şimali Koreya liderinin bacısı Kim Ye Çjon da iştirak edib.

Xatırladaq ki, uzun müddət gərgin olan Şimali və Cənubi Koreya arasında münasibətlər son zamanlar yaxşılaşır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Konsert   Kim-Çen-In  





Xəbər lenti