Putin və Ruhani Ərdoğanla görüşə gedir

Putin və Ruhani Ərdoğanla görüşə gedir
  02 Aprel 2018    Oxunub:1015
Aprelin 4-də Türkiyənin paytaxtı Ankarada Suriya böhranının nizamlanmasına dair zirvə görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, rusiyalı həmkarı Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani iştirak edəcək.

Rusiya prezidenti görüşdən bir gün əvvəl - aprelin 3-də Türkiyəyə səfər edəcək. Onun Ərdoğanla təkbətək və geniş tərkibli görüş keçirməsi planlaşdırılıb. Ruhani isə aprelin 4-də Ankarada olacaq.

AzVision.az


Teqlər: Rusiya   Putin   Türkiyə   Ərdoğan  





Xəbər lenti