Sınaq imtahanlarının cavabları açıqlandı

Sınaq imtahanlarının cavabları açıqlandı
  02 Aprel 2018    Oxunub:11843
Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən AzVision.az-a bildiriblər ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın üç gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti