“Moskva uşaq oyunları oynamaq istəmir” – Lavrov Qərbə səsləndi

“Moskva uşaq oyunları oynamaq istəmir” – Lavrov Qərbə səsləndi
  02 Aprel 2018    Oxunub:2261
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Skripal işi “ üzrə rus diplomatların xarici ölkələrdən çıxarılmasını şərh edərkən bəyan edib ki, Moskva Qərb ölkələrinin apardığı uşaq oyunlarına qoşulmaq istəmir.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uşaqlıq illərində deyildiyi kimi, kim birinci başlayıbsa, o da dayanmalıdır. Biz uşaq oyunlarına qoşulmaq istəmərik. Lakin hələlik bizim tərəfdaşlarımız məhz bununla məşğuldurlar. Uydurulmuş bəhanələrlə diplomtlarımızı çıxardaraq onlar dialoq üçün imkanları azaldırlar. Hara qədər gedəcəyimiz bizdən asılı deyil”, - deyə Lavrov Rusiya və Qərb arasında diplomatik müharibədən danışarkən bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Moskva   Diplomatiya  





Xəbər lenti