Ermənistanın baş qərargah rəisi etiraf etdi: “Orduda qanunsuzluqlar var”

Ermənistanın baş qərargah rəisi etiraf etdi: “Orduda qanunsuzluqlar var”
  02 Aprel 2018    Oxunub:1851
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mosves Akopyan orduda hələ də qanunsuzluqların olduğun etiraf edib.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, Akopyan Ermənistan ordusunda hansı problemlərin olduğunu açıqlamayıb.
“Mən hüquqşünas deyiləm ki, müvafiq açıqlama verim. Lakin korrupsiya əməllərinin üstünün açılması ordunun qanunsuzluqla mübarizə aparması anlamına gəlir”, - deyə erməni general bildirib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyində korrupsiya faktlarının olmasına dair dəfələrlə məlumat verilib. Bəzi cinayətlərin üstü açılıb, bir neçə hərbçi korrupsiya əməlinə görə saxlanılıb. Bütün bunlara baxmayaraq, Ermənistanın hərbi sistemdə ciddi problemlər hökm sürməkdə davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Akopyan  



Xəbər lenti