İmtahan nəticələri açıqlandı
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunmuşdur. 631 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 84 bal olub.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.
AzVision.az