Tramp Putini ABŞ-a dəvət edib

Tramp Putini ABŞ-a dəvət edib
  03 Aprel 2018    Oxunub:1501
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Vaşinqtona səfərə dəvət edib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.
Onun sözlərinə görə, Putinlə telefon danışığı zamanı Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib.

"Bu kifayət qədər maraqlı və pozitiv ideyadır” - deyən Uşakov görüşün nə zaman baş tutacağının bəlli olmadığını əlavə edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Putin  



Xəbər lenti