İrəvanda partlayış: Rusiya və İran vətəndaşları yaralandı - (Yenilənib)

İrəvanda partlayış: Rusiya və İran vətəndaşları yaralandı - (Yenilənib)
  03 Aprel 2018    Oxunub:3269
İrəvanda "Burger King" kafesində baş verən partlayış zamanı xəsarət alanlar arasında Rusiya və İran vətəndaşlarının da olduğu açıqlanıb.

AzVision.az "news.am"-a istinadən xəbər verir ki, yaralılardan 3-ü Ermənistan, 3-ü Rusiya və 2-si İran vətəndaşıdır.
***
(21:54)

Ermənistanın paytaxtı İrəvanda güclü partlayış olub.

AzVision.az "news.am"-a istinadən xəbər verir ki, kafelərdən birində baş verən partlayış zamanı 9 nəfər yaralanıb.

Əraziyə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Hadisənin qaz balonunun partlaması səbəbindən baş verdiyi bildirilir.





AzVision.az


Teqlər: İrəvan   Partlayış   Kafe  



Xəbər lenti