Şimali Koreyanın XİN rəhbəri Azərbaycana gəlir

Şimali Koreyanın XİN rəhbəri Azərbaycana gəlir
  03 Aprel 2018    Oxunub:1501
Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, XİN rəhbəri Qoşulmama Hərəkatında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçiriləcək iclasına qatılacaq.
Qeyd edək ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.

AzVision.az


Teqlər: Şimali-Koreya   XİN  



Xəbər lenti