Vanadzor ofisi: Qarabağda 9 erməni hərbçi ölüb

Vanadzor ofisi: Qarabağda 9 erməni hərbçi ölüb
  03 Aprel 2018    Oxunub:5473
2018-ci ilin birinci rübündə Ermənistan silahlı qüvvələrinin 11 hərbçisi ölüb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı hesabatda bildirib.
Ofis hesabatı KİV və rəsmi mənbələrdən aldığı məlumatlar əsasında hazırlayıb.

Helsinki Vətəndaş Assambleyasının hesabatına əsasən, ölüm hallarının 9-u Azərbaycanın işğal altına olan regionu – Dağlıq Qarabağda, ikisi isə Ermənistan ərazisində baş verib.

Məlumata görə, 3 hərbçi atəşkəs rejiminin pozulması, 4-ü bədbəxt hadisə nəticəsində, 2-i sağlamlıqla əlaqədar problemdən ölüb, 1 nəfər öldürülüb, digər bir hərbçi isə özünə qəsd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Ordu   Qarabağ  



Xəbər lenti