BMT Baş Assambleyasının prezidenti Bakıya gəlir

BMT Baş Assambleyasının prezidenti Bakıya gəlir
  03 Aprel 2018    Oxunub:1586
Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Azərbaycana səfər edəcək.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Lajçak “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.

Miroslav Lajçakın həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub. Bundan başqa, Baş Assambleyanın prezidenti ADA Universitetində “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək.

Səfər zamanı Miroslav Lajçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti