Putin artıq Ankaradadır - Kritik səfər başladı

Putin artıq Ankaradadır - Kritik səfər başladı
  03 Aprel 2018    Oxunub:1949
Rusiya prezidenti Vladimir Putin ikigünlük Türkiyəyə səfərə gəlib.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu, Putinin prezident seçiləndən sonra xarici ölkəyə ilk səfəridir.
Rusiya prezidentinin səfəri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində Ərdoğanla Putin arasında təkbətək görüş keçiriləcək. Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. Ərdoğan və Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Türkiyə   Ərdoğan   Rusiya  





Xəbər lenti