Ərdoğan və Putin tarixi layihənin təməlini qoydu

Ərdoğan və Putin tarixi layihənin təməlini qoydu
  03 Aprel 2018    Oxunub:1977
Türkiyənin Mersin vilayətində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin videokonfrans vasitəsilə təməlqoyma mərasimində iştirak ediblər.

Ərdoğan bildirib ki, bu gün istər ölkəmizin inkişafı, istərsə də Rusiya ilə enerji sahəsində əməkdaşlıq baxımından tarixi ana şahidlik edirik. Onun sözlərinə görə, “S-400, "Türk axını" və indi təməli qoyulacaq Akkuyu Atom Elektrik Stansiyası iki ölkə arasında birgə layihələrdən bir neçəsidir.

Putin isə Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, AES istifadəyə verildikdən sonra Türkiyə istehlakçılarını ucuz və təmiz enerji ilə təmin edəcək

AzVision.az


Teqlər: AES   Türkiyə   Rusiya  



Xəbər lenti