Dünyanın diqqəti Türkiyədə: Putindən sonra Ruhani gəldi

Dünyanın diqqəti Türkiyədə: Putindən sonra Ruhani gəldi
  04 Aprel 2018    Oxunub:3580
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Türkiyəyə rəsmi səfəri başlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ruhani bir saat öncə Ankaraya gəlib.

Qeyd edək ki, sabah Türkiyənin paytaxtı Ankarada Suriya böhranının nizamlanmasına dair zirvə görüşü keçiriləcək. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, rusiyalı həmkarı Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani iştirak edəcək. Artıq hər iki prezident - Ruhani və Putin səfərlə əlaqədar Ankaradadır.

AzVision.az


Teqlər: İran   Ruhani   Türkiyə   Ankara  





Xəbər lenti