"7 trilyon xərclədik, heç nə almadıq" - Tramp əsgərləri Suriyadan çıxarır

"7 trilyon xərclədik, heç nə almadıq" - Tramp əsgərləri Suriyadan çıxarır
  04 Aprel 2018    Oxunub:3836
“Suriyadakı əsgərlərimizi geri qaytarmaq istəyirik”

AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donadl Tramp bildirib. Tramp hesab edir ki, ölkəsi Suriyada İŞİD terror təşkilatına qarşı əməliyyatlarda uğur qazanıb.
“Yaxın vaxtlarda nə edəcəyimizə dair qərar verəcəyik. Suriyadakı əsgərlərimizi geri qaytarmaq, ölkəmizi yenidən qurmaq istəyirəm. Son 17 ildə Yaxın Şərqdə 7 trilyon dollar xərcləmişik. Qarşılığında heç nə almadıq. İŞİD-ə qarşı əməliyyatlarda uğur qazandıq. Artıq evə dönməyin zamanı çatıb. Biz bu barədə çox ciddi şəkildə düşünürük”- ABŞ prezidenti qeyd edib.

AzVision.az



Teqlər: ABŞ   Tramp   Suriya  





Xəbər lenti