Ərdoğan, Putin və Ruhaninin görüşü başladı - Yenilənib

 Ərdoğan, Putin və Ruhaninin görüşü başladı - Yenilənib
  04 Aprel 2018    Oxunub:3046
Ankarada Türkiyə, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş başlayıb.

AzVision.az xəbər verir ki, ölkə başçıları Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani görüşdə Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparırlar.
Üçtərəfli görüş mətbuata qapalı keçirilir.

***
(09:25)

Bu gün Ankarada Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli zirvə toplantısı keçiriləcək.

Üçtərəfli görüş Bakı vaxtı ilə 13:30-da başlayacaq. Daha sonra prezidentlərin şərəfinə nahar veriləcək. Saat 18:00-da hər üç liderin birgə mətbuat konfransı keçirməsi gözlənilir.

Üçtərəfli görüşə qədər isə saat 11:30-da Ərdoğan və Ruhani arasında təkbətək görüş olacaq. Prezidentlərin ikitərəfli əlaqələri müzakirə edəcəyi bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ərdoğan   Putin   Ruhani  





Xəbər lenti