Səfir “Washington Times”-də Kəlbəcərin işğalından yazdı

Səfir “Washington Times”-də Kəlbəcərin işğalından yazdı
  04 Aprel 2018    Oxunub:1527
Nüfüzlu “Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müəllifliyi ilə Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib.

Ermənistan və Azərbaycan arasında Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə davam edən danışıqlar illər boyu əhatə etməsinə baxmayaraq sülh danışıqları prosesində hazırda real irəliləyiş əldə olunmayıb. Məhz bu irəliləyişin olmaması səbəbindən bəziləri işğal olunmuş Azərbaycan torpaqlarına və Azərbaycan mülki əhalinin uzunmüddətli sürgün edilməsi faktına abstrakt şəkildə yanaşırlar.

Həqiqətən əgər məsələnin həlli yalnız riyazi kombinasiyanın tapılması və torpaqların müxtəlif sahələrini birləşdirməkdən asılıdırsa, “kompromis” termini mənəvi və humanitar məsələləri nəzərə almadan təcavüzkar və onun qurbanı arasında fərqin qoyulmamasına imkan verilir.

Əlbəttə ki, reallıq mücərrəd deyil. Reallıq göstərir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş və azərbaycanlı nəsillər sürgündə böyüdülmüşdür. Məhz bu Azərbaycan torpaqları erməni liderlərinin dedikləri kimi “alver mövzusu” deyil, bir milyona yaxın azərbaycanlının doğma evləridir.

Qeyd olunanlarla birlikdə qətnamə tərtib olunduğu zaman sülh ilə həlli yolu və qeyri sabit status kvo ilə yanaşı regionun uzunmüddətli perspektivləri də nəzərə alınmalıdır. Azərbaycanlılar üçün bu Qarabağa olan möhkəm bağlılığının tanınması və köçkünlərin öz evlərinə qayıtması deməkdir.

Qarabağdakı ermənilər isə bunu təhlükəsizliyin təminatı və özlərini idarə etmək üçün bir fürsət kimi dəyərləndirirlər. Bundan əlavə, Azərbaycanın surətlə inkişafı və Ermənistanın getdikcə təcrid olunması regionu müşahidə edən heç bir kəsin nəzərindən qaça bilməz. Belə ki, mücərrəd fikirlərdən gələcək yönümlü praqmatizmə doğru addımların atılması ortaq fikirlərin əldə olunmasına və firavan gələcəyin təmin edilməsinə kömək edə bilər.

Bununla yanaşı səfir E. Süleymanov məqaləsində kompromislərdən söz açarkən hər bir tərəfin yaşamaq və ləyaqət haqqının tanınması vacib olduğunu vurğulayır. Azərbaycan işğal olunmuş ərazilərində yaşayan bütün vətəndaşların, o cümlədən ermənilərin dini və etnik mənsubiyyətinə baxmayaraq, bərabər hüquqlarını tanıyır. Digər tərəfdən isə öz aqressiv siyasətini iki onillik müddətində həyata keçirdikdən sonra belə Ermənistan dar və sadə bir etnik mənzərə anlayışından kənar bir şey nümayiş etdirmədiyi qeyd olunur. Bu mənada Ermənistan tərəfindən edilən hərəkətlər sözlərdən daha çox səslənir.

Bu baş verənlər ictimai məyusluğun təşviqinə səbəb olur və Azərbaycan rəhbərliyi bundan xəbərdardır. Həmçinin erməni liderləri və beynəlxalq vasitəçilər də bundan xəbərdar olmalıdırlar. Buna görə də danışıqlarda müəyyən irəliləyiş əldə olunmazsa bu məyusluq artacaq və eyni zamanda Ermənistanın inkişafı münaqişənin nə qədər tez həll olunmağından asılıdır.

Qarabağ Azərbaycan kimliyinin ayrılmaz hissəsi və ən acı səhifələrindən biridir. Səfir vurğulayır ki, Kəlbəcər onun özünün şəxsi kimliyinin bir hissəsidir. Bu da regionumuzun reallığıdır.

Səfir 2003-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ilk qətnamənin qəbul olunmasının onuncu ildönümü ilə bağlı yazısında işğal olunmuş Kəlbəcər rayonunu Amerikanın Böyük Kanyon dağlarına (Grand Canyon) bənzədib. Bununla, səfir qeyd edir ki, on beş ildən sonra Amerikanın ən möhtəşəm kanyonlardan birinə yaxın olacağına və bu vaxtadək hələ də Kəlbəcərin dağıdıcı işğalının son verilməsi üçün heç bir irəliləyişin olmayacağını təsvir etmək olmazdı. Uşaqlıqdan Kəlbəcəri tanıdığını xatırlayan səfir bu torpağın atasının dağlarının bir hissəsi (part of my father’s mountains) olmaqda davam etdiyini və bunun həmişə belə qalacağını qeyd edir. Qarabağ və onun ətrafındakı rayonlara sıx bağlılığı olan azərbaycanlıların sayı ermənilərdən daha çoxdur. Kimsə inanırsa ki, insanlar öz doğma evlərinin harda yerləşdiyini unudacaq, bu, səhvdir.

Bir çox ermənilər Qarabağı öz evləri hesab edirlər, lakin erməni işğalı altında olan bu torpaqlar Azərbaycanlılara qarşı etnik təmizlənmə nəticəsdində boşdur və orada heç kim yaşamır. Köçkünlər öz evlərindən həmişə uzaqda saxlanıla bilməzlər. Hər iki icma birlikdə yaşamağı öyrənməli və buna görə ermənilər üçün ilk addım öz torpaqlarından zorla çıxarılmış insan sayının mücərrəd olmayan bir statistikanın olmasını anlamaqdır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Elin  





Xəbər lenti