ABŞ-dan "Skripal işi" ilə bağlı Rusiyaya gözlənilməz təklif

ABŞ-dan "Skripal işi" ilə bağlı Rusiyaya gözlənilməz təklif
  04 Aprel 2018    Oxunub:3339
ABŞ Dövlət Departamenti Moskvaya "Skripal İşi"nə görə ölkədən çıxarılan 60 rusiyalı diplomatın əvəzinə yeni diplomatların göndərilməsini təklif edib.

AzVision.az xəbər verir ki, bu barədə “Yahoo News” məlumat yayıb. Departamentdən bildirilib ki, rəsmi Moskva diplomatik missiyalarda ümumi işçilərin sayını azaltmaya bilər:
“Rusiya hökumətinin əvvəlki kimi diplomatik missiyalarda boş qalan yerlər üçün akkreditasiya tələb etmək haqqı var”.

Qeyd olunub ki, hər bir akkreditasiya tələbi ayrı-ayrılıqda nəzərdən keçiriləcək.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, rəsmi Moskva, həmçinin Vaşinqtonun qərarına cavab olaraq ölkədən çıxarılan diplomatların əvəzinə yeni diplomatları qəbul edəcək: “Rusiya bizə diplomatik nümayəndəliklərimizdə əməkdaşlarımızın ümumi sayının azaldılmasına dair niyyətinin olması barədə xəbərdarlıq etməyib”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Dövlətdepartamenti  



Xəbər lenti