“Suriyada 65 min terrorçu məhv edilib” – Rusiyalı general

“Suriyada 65 min terrorçu məhv edilib” – Rusiyalı general
  04 Aprel 2018    Oxunub:1941
Rusiya və İranın dəstəyi ilə Suriya hökumət qüvvələri Suriyada təxminən 65000 terrorçunu məhv edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Təhlükəsizlik üzrə VII Moskva konfransında Rusiya Baş Qərargahının Sergey Rudskoy bildirib.
“Rusiya və İranın dəstəyi ilə Suriya hökumət qüvvələrinin fəaliyyəti nəticəsində 113 min kvadrat kilometr və 1245 yaşayış məntəqəsi qanunsuz silahlı birləşmələrdən azad olunub. Təxminən 65 min yaraqlı məhv edilib, 6,5 min hektar ərazi, 1,5 kilometr yol, təxminən 17200 bina və tikili minalardan təmizlənib”, - deyə general-polkovnik Rudskoy vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Suriya  





Xəbər lenti