Papa: `Yoxsullara xidmət edəcəyəm`

Papa: `Yoxsullara xidmət edəcəyəm`
  05 Oktyabr 2013    Oxunub:1104
Papa kilsəni yoxsul və ac insanlara diqqət ayırmağa çağırıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Roma papası Fransisk bildirib ki, Roma katolik kilsəsi təkəbbür və qüruru kənara qoyaraq yoxsul cəmiyyətə xidmət etməlidir.

Papa Assiz şəhərində kasıblara nahar təşkil edib. Fransisk həmçinin Vatikanda islahatların keçiriləcəyini vurğulayıb. O deyib ki, indiki katolik kilsəsinin əvvəlki Assizli Fransiskin dövründəki “Kasıbların kilsəsinə” oxşamasını istəyir. Qeyd edək ki, Fransisk XIII əsrdə İtaliyanın Assiz şəhərində din xadimi olub.

“Bugünkü günümüz ağlamalıdır. Dünya aclığa sürüklənmiş insanların qayğısına qalmır, əksinə onları ölüm gözləyir” – Fransisk Lampedusa adasında miqrant gəmisinin batmasına işarə edərək bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti