Lavrov Qərbi təhdid etdi: “Bütün silahlardan istifadə edərik”
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Rusiyalı nazir bildirib ki, son dövrlərdə dünyanın landşaftı dəyişib və yeni iqtisadi mərkəzlər yaradılıb: “Bizim işimiz yeni mərkəzlərin təzyiq və xaos yaratmasının qarşısını almaqdır. Heç bir ölkə ilə silahlanma yarışı aparmaq fikrimiz yoxdur. Lakin ölkənin təhlükəsizliyi mövzu olduğu təqdirdə Rusiya ordusunda mövcud olan bütün silahlardan istifadə edəcək. Tək qapı oynamağın vaxtı bitib”.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


