Öpüşdüklərinə görə həbs edildilər

Öpüşdüklərinə görə həbs edildilər
  05 Oktyabr 2013    Oxunub:950
Mərakeşdə iki yeniyetmə sosial şəbəkədə yayılan şəkilləri onların həbsinə səbəb olub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Nador şəhərində 14-15 yaşlarında yeniyetmələrin məktəbin kənarında öpüşərkən şəkilləri çəkilib. Facebook sosial şəbəkəsində yerləşdirilən şəkil onların həbsinə səbəb olub. İctimai asayişin pozulması yeniyetmələrin tutulmasına əsas gətirilib. Yerli sakinlər bu hadisəyə görə hiddətlənib və mərakeşli yeniyetmələr etiraz əlaməti olaraq öpüşərkən çəkdirdikləri şəkillərini Facebook səhifələrində paylaşıblar.

Yerli məmurlar həbs faktını təsdiq etsələr də, şərh verməkdən imtina ediblər. Onların məhkəmə prosesi oktyabr 11-də baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti