Sumqayıtda 19 yaşlı qatil tutuldu

Sumqayıtda 19 yaşlı qatil tutuldu
  05 Oktyabr 2013    Oxunub:1323
Sumqayıt şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 25-də Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 51-də üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti aşkarlanmışdı. Onun əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirimişdi.

Həmin fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb, məhkəmə daktiloskopik ekspertizaları təyin edilmişdi.

Aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Siyəzən rayonunda anadan olmuş, 1968-ci il təvəllüdlü Nəcəfova Arzu Mehbalı qızı olduğu müəyyənləşdirilib.

Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Eldəniz Hacıyevin, sentyabrın 18-də Arzu Nəcəfova ilə sonuncunun Sumqayıt şəhərində yaşadığı mənzildə görüşərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Teqlər:





Xəbər lenti