Azərbaycan Rusiyanın "Skripal işi" ilə bağlı bəyanatını dəstəklədi

Azərbaycan Rusiyanın "Skripal işi" ilə bağlı bəyanatını dəstəklədi
  05 Aprel 2018    Oxunub:1748
Hollandiyanın Haaqa şəhərində Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının növbəti iclası keçirilib.

AzVision.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, iclasda Rusiyanın “Skripal işi” ilə bağlı hazırladığı “Problem hüquq çərçivəsində həll olunacaq” adlı bəyanat müzakirə olunub.
Bəyanatı Azərbaycan daxil olmaqla 14 ölkə dəstəkləyib. Avropa Birliyi isə Rusiyanın layihəsini dəstəkləməyib.

Qeyd edək ki, təşkilatın icraiyyə komitəsinin iclası Rusiyanın təşəbbüsü ilə Haaqada keçirilib. Görüş qapalı olub.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Skripal-İşi   Rusiya   Azərbaycan  



Xəbər lenti