Türkiyə ikinci AES-in tikintisinə hazırlaşır

Türkiyə ikinci AES-in tikintisinə hazırlaşır
  05 Aprel 2018    Oxunub:1208
"İki gün əvvəl təməli qoyulan Akkuyu Atom Elektrik Stansiyası (AES) Türkiyədə qurulacaq lk AES olacaq"
AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (XİN) bildirib.

"Burada elektrik enerjisi istehsal ediləcək. Bu layihənin dörd mərhələsi tamamlandıqdan sonra AES vasitəsilə Türkiyənin enerjiyə ehtiyacının 10 faizi qarşılanacaq. Lakin bu, bizim üçün yetərli deyil. Türkiyə iqtisadiyyatı böyüyür. Hazırda biz fransız və yaponlarla bigə Sinopda ikinci AES-in qurulması üçün işlər aparırıq. Biz hər yerdə nüvə silahlarına qarşıyıq"- Çavuşoğlu qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   AES  



Xəbər lenti