“Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır” - Vatikanın dövlət katibi

“Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır” - Vatikanın dövlət katibi
  05 Aprel 2018    Oxunub:1285
Vatikanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə görüşüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər görüş zamamı ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edib, regional problemlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin zəruriliyi və əhəmiyyəti vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Vatikan   Kardinal   Qarabağ  





Xəbər lenti