"ABŞ-ın Qüdslə bağlı qərarı böyük səhvdir" - Türkiyə XİN

"ABŞ-ın Qüdslə bağlı qərarı böyük səhvdir" - Türkiyə XİN
  05 Aprel 2018    Oxunub:1117
"Fələstinlilər bizim kimi sülh və təhlükəsiz şəraitdə yaşamalıdır. Lakin buna baxmayaraq, fələstinlilər öldürülür və zorakılığa məruz qalır"
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Ötən həftə xeyli günahsız fələstinli qətlə yetirildi. İsrail Fələstin torpaqlarının işğalını davam etdirir. Buna son qoymağın vaxtı çatıb. ABŞ-ın Qüdsdə səfirlik açması ilə bağlı qərarı böyük səhvdir. Bununla ABŞ Yaxın Şərqdə sülh prosesində iştirakına kölgə saldı. Biz Fələstinin dövlət kimi tanınmasına dair səylərimizi artırmalıyıq", - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Türkiyə   Çavuşoğlu  





Xəbər lenti