"Səudiyyə Ərəbistanına 160 raket atılıb" - Nazir müavini

"Səudiyyə Ərəbistanına 160 raket atılıb" - Nazir müavini
  06 Aprel 2018    Oxunub:1372
"Biz Fələstin xalqını tam dəstəkləyirik. Fələstinin paytaxtı Qüds olmaqla dövlətin yaranması və bütün fundamental haqlarının bərpasını istəyirik"
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən NAM-ın (Qoşulmama Hərəkatı) konfransında Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Abdurrahman bin İbrahim Əl Rissi bildirib.

"ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyi ora köçürməsi barədə qərarını pisləyirik. Səudiyyə Ərəbistanı ölkələrin beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir".

Nazir müavini Yəməndəki durum barədə danışarkən qeyd edib ki, son aylarda bu ölkə ərazisindən Krallıq ərazisinə 160 raket atılıb: "Oradakı üsyançılar günahsız insanlardan canlı qalxan kimi istifadə edirlər. Səudiyyə Ərəbistanı Yəmənin bərpası üzrə layihəni dəstəkləyir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qüds   Fələstin   Səudiyyə-Ərəbistanı  





Xəbər lenti