Sabiq xanım prezidentə 24 il həbs verildi

Sabiq xanım prezidentə 24 il həbs verildi
  06 Aprel 2018    Oxunub:1571
Cənubi Koreyanın sabiq prezidenti Pak Kin Henin barəsində həbs qərarı verilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya, rüşvətxorluq, vəzifəsindən sui-istifadə etməkdə və dövlət sirrini yaymaqda təqsirli bilinən keçmiş prezident 24 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pak Kin Hen Cənubi Koreyanın ilk qadın prezidenti olub. O, bu vəzifəyə 2013-cü ildə seçilib. 2017-ci ilin mart ayında rəsmən vəzifəsindən kənarlaşdırılıb.

AzVision.az


Teqlər: Həbs   Prezident  



Xəbər lenti