Erməni, ingilis və rus politoloqun Qarabağ şərhi: “Növbəti müharibə daha dağıdıcı olacaq”
Böyük Britaniyanın “LINKS” analitik mərkəzinin direktoru Denis Sammut isə sülh danışıqlarında irəliləyişin əldə olunacağına ümid edir. Onun sözlərinə görə, bunun üçün Azərbaycan və Ermənistanın daxilində, eləcə də beynəlxalq səviyyədə müvafiq şərait mövcud olmalıdır.
Tartrus universitetinin müəllimi, politoloq Andrey Makarıçevin sözlərinə görə, rəsmi Moskva münaqişə zonasında status-kvonun saxlanmasında maraqlıdır. Buna görə də o, rəsmi Bakının münaqişənin hərbi yolla həll etmək istəyinə qarşı çıxır və bu siyasətini saxlamağa çalışır.
Digər tərəfdən Rusiya hakimiyyəti Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə müdaxilə olacağı təqdirdə hərbi yardım edəcəyini bu ölkənin rəhbərliyinin diqqətinə çatdırıb. Politoloq deyib ki, Moskva, həmçinin Qərbyönlü oriyentasiyası çox güclü olan İrəvanı öz tərəfində saxlamağa çalışır.
Politoloqlar hesab edirlər ki, əgər cəbhədə növbəti eskalasiya baş verərsə, o, daha genişmiqyaslı olacaq. Belə ki, 2016-ci ildə baş verən aprel döyüşlərində həm ərazicə, həm də işlənən qoşun və texnikanın sayı məhdud olsa da, növbəti müharibə daha dağıdıcı olacaq.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Qarabağ Rusiya Azərbaycan Cəbhə