Prezidentdən 11 qadına 8 mart hədiyyəsi

Prezidentdən 11 qadına 8 mart hədiyyəsi
  04 Mart 2013    Oxunub:1573
Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar Memar”

Hacıyeva Yeganə Ərşad qızı
Həsənova Aybəniz Əşrəf qızı
Məmmədova Zahidə Gülməmməd qızı
Seyfullayeva Nelli Musa qızı

“Əməkdar Jurnalist”

Xəlilova Flora Fətula qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Atakişiyeva Dilarə Muradovna
Heydərova Şeyla Qaçay qızı
Qasımova Valentina Mixaylovna

Dövlət başçısı İ. Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Cəfərova Səriyyə Müslüm qızı, Əlizadə Lətafət Məmməd qızı və Reyxrudel Larisa Yefimovnanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.


Teqlər:  





Xəbər lenti