İraqdan Azərbaycana 65 min turist gəlib

İraqdan Azərbaycana 65 min turist gəlib
  06 Aprel 2018    Oxunub:2536
“Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Eləcə də Azərbaycanın İraqdakı səfirliyinin fəaliyyəti çox yaxşıdır”.
Bu barədə AzVision.az-a açıqlamasında İraqın xarici işlər nazirinin müavini Səid Şorş Xalid deyib. Nazir müavini qed edib ki, əlaqələri inkişaf etdirmək üçün böyük potensial var:

“Son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb. 4-5 il ərzində İraqdan Azərbaycana 2-3 min turist gəlirdisə, son illər bu rəqəm təxminən 65 mindir. Hesab edirəm ki, energetika və kənd təsərrüfatı sahəsində əlaqələrimizi inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   İraq  





Xəbər lenti