Rusiyalı iş adamları və dövlət rəsmilərinə sanksiya tətbiq edildi

Rusiyalı iş adamları və dövlət rəsmilərinə sanksiya tətbiq edildi
  06 Aprel 2018    Oxunub:2167
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiya 7 rusiyalı iş adamına, 17 dövlət rəsmisinə və 12 şirkətə qarşı tətbiq olunub.

Siyahıda "Qazprom"un rəhbəri Aleksey Miller, daxili işlər naziri Vladimir Kolokoltsev və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adı yer alıb. İş adamlarına gəlincə, ABŞ Andrey Kostin, Mixail Fradkov, Oleq Deripaska, Sergey Fursenko, Viktor Vekselberq, Kirill Şamanov və Süleyman Kərimovun adını "qara siyahı"ya salıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Sanksiya  





Xəbər lenti