Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  05 Oktyabr 2013    Oxunub:1129
Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
AzVsison.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 6-da şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə isə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti