İsrail-Fələstin qarşıdurması: Ölənlər var (Yenilənib)

İsrail-Fələstin qarşıdurması: Ölənlər var (Yenilənib)
  07 Aprel 2018    Oxunub:2864
Aprelin 6-da Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 5 nəfərə çatıb.
Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib. Onun sözlərinə görə, ümumilikdə iğtişaşlar zamanı 922 fələstinli yaralanıb, onlardan 218-i güllə yarası alıb.

***
(20:10)

Qəzza bölgəsində gərginlik getdikcə artır. İsrail əsgərlərinin bu gün Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan 117-si güllə yarası alıb.

Aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı tələb ediblər. Bundan əlavə 22 nəfərin qətlə yetirilməsində günahkar olan şəxslərin cəzalandırılması istənilib.

Xatırladaq ki, martın 30-da keçirilən aksiya zamanı fələstinlilər İsrail əsgərlərinin müdaxiləsinə məruz qalıb, nəticədə 22 nəfər həlak olub.

AzVision.az


Teqlər: Qəzza   Fələstin  





Xəbər lenti