Müxalifət liderləri Cəmil Həsənlini tribunada tək qoydu -FOTO

Müxalifət liderləri Cəmil Həsənlini tribunada tək qoydu -FOTO
  05 Oktyabr 2013    Oxunub:1834
`Milli Şura`nın prezidentliyə namizədi Cəmil Həsənlinin seçiciləri ilə görüç xarakterli mitinqi yenədə şarların insanlardan çox olması ucbatından yarım saat gec başladı.
AzVsison.az xəbər verir ki, əvvəlki mitinqlərdən fərqli olaraq meydana (“İnşaatçılar” metrosunun yanındakı stadion) bu dəfə çox az adam təxminən 1000-1200 nəfər yığılıb.

Əməkdaşımızın bildirdiyinə görə, əvvəlki aksiyalarla müqayisədə çox sönük başlayan aksiyaya qatılanların da sıraları seyrəkdir. Müxalifət bunu soyuq hava ilə izah edir. Ekspertlər isə Asəf Quliyevin istefasın səbəb kimi üstün tutur.

Başlama vaxtından (16:00) 30 dəqiqə sonra vəziyyətin dəyişmədiyini və insanların 1500 dən artıq yığılmayacağını görən müxalifət liderləri mitinqə qədəm qoydular və aksiyanı açıq elan etdilər. Cəmil Həsənlini pafos və şər-xata dolu çıxışına başlasa da, Əli Kərimli və İsa Qəmbər namizədlərinin yanında görünmürdü. Onlar Cəmil Həsənlini tribunada tək qoymuşdular. Daha sonra jurnalistlər Əli Kərimli və İsa Qəmbəri iştrakçıların içindən tapdı və şəkillərini çəkdi.

Cəmil Həsənli isə bu çıxışında da fərqlənmədi. Platformasını kənara qoyub bolluca İqtidarı tənqid edən namizəd, mitinqdən doymadı və təşviqat kompaniyasının axrıncı mitinqi olmasına baxmayaraq “Bu bizim axrıncı mitinqimiz deyil” dedi.

Qalereya




Teqlər:  





Xəbər lenti