Rusiya ABŞ-a cavab verəcək

Rusiya ABŞ-a cavab verəcək
  07 Aprel 2018    Oxunub:1709
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib. “Vaşinqtonun Moskva ilə sanksiya dilində danışmaq illüziyalarından qurtulmağının vaxtı çatıb. Heç bir təzyiq tədbirləri Rusiyanı seçdiyi yoldan döndərə bilməz. Sanksiyalar yalnız ABŞ-ın qarşısına qoyduğu məqsədə nail ola bilmədiyini nümayiş etdirir və Rusiya cəmiyyətini sıx birləşdirir”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   Sanksiya  



Xəbər lenti