ATƏT PA-nın komitə sədri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb
AzVision.az xəbər verir ki, bu barədə məlumat ATƏT PA-nın rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkil Cavad Cavadov bildirib ki, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.
Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ATƏT Əziz-Orucov







Vaxtında, Aydın, Lazımlı!


