İranlı qadınlar da çılpaq aksiya keçirdi

İranlı qadınlar da çılpaq aksiya keçirdi
  05 Mart 2013    Oxunub:1641
Bədənlərinə “Hicaba yox” yazan iranlı qadınlar ”FEMEN”dən ilhamlanaraq çılpaq aksiya keçiriblər.
İran Kommunist Partiyasının gənc fəal qadınları və İranda qadınlara qarşı zorakılıq əleyhinə təşkilat üzvləri Stokholmda “hicaba yox” aksiyası təşkil ediblər. Əyinlərindəki qara çarşabı çıxaran iranlı qadınlar çılpaq aksiyaya start veriblər.

Aksiyaçılar İslam dünyasında qadın haqları məsələsinə diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində belə bir nümayiş təşkil etdiklərini deyiblər. Bədənlərinə “Mənim çılpaq olmağım mənim gücümdür” və “Hicaba yox” şüarları yazan qadın etirazçılara Ukraynanın məşhur FEMEN qadın hərəkatından da dəstək gəlib.



Teqlər:  





Xəbər lenti