Saakaşvili özünə yeni iş yeri tapdı - Bu yolla pul qazanacaq

Saakaşvili özünə yeni iş yeri tapdı - Bu yolla pul qazanacaq
  07 Aprel 2018    Oxunub:4595
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Niderland Spikerlər Akademiyasında çalışacaq.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

"Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm", - deyə Saakaşvili bildirib.

Sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti