“Qarabağ” bir qolla qalib gəldi

“Qarabağ” bir qolla qalib gəldi
  08 Aprel 2018    Oxunub:1456
Bu gün Topaz Premyer Liqada 22-ci tura start verilib.
AzVision.az xəbər verir ki, günün ikinci oyununda paytaxtın “Səbail” klubu lider “Qarabağ”la qarşılaşıb.

“Azərsun Arena”da keçirilən oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu penalti zərbəsindən Riçard Almeyda vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla altıncı pillədədir.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti