Polis mitinqlə bağlı məlumat yaydı

Polis mitinqlə bağlı məlumat yaydı
  06 Oktyabr 2013    Oxunub:1236
Bakı şəhər Baş Polis İdarəsi müxalifətin şənbə günü keçirdiyi mitinq barəsində məlumat yayıb.
AzVsison.az xəbər verir ki, oktyabrın 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16.30-dan 17.30-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı min beş yüz nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


Teqlər:





Xəbər lenti