Sabiq prezident həbsxanaya aparılıb

Sabiq prezident həbsxanaya aparılıb
  08 Aprel 2018    Oxunub:1125
Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün təyyarə ilə Kuritiba şəhərinə aparılıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, keçmiş prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında toqquşmalar olub. İnsident zamanı 8 nəfər yaralanıb.

Qeyd edək ki. 2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada ittiham edilir.

AzVision.az





Teqlər: Braziliya   Həbs  





Xəbər lenti