Tramp Bəşər Əsədi “heyvan” adlandırıb

Tramp Bəşər Əsədi “heyvan” adlandırıb
  09 Aprel 2018    Oxunub:2616
ABŞ prezidenti Donald Tramp Bəşər Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, Tramp bu barədə fikirlərini özünün "Twitter" hesabında yazıb.
ABŞ prezidenti Əsədi təhqir edərək günahsız insanların ölümünə görə onu müdafiə edən İran və Rusiyanın məsuliyyət daşıdığını bildirib.

"Kimyəvi silahdan hücum zamanı qadınlar, uşaqlar daxil olmaqla çoxlu sayda insan öldü. Rusiya, Putin və İran heyvan Əsədi müdafiə etdiyi üçün məsuliyyət daşıyır. Bunun cavabını verəcəklər", - deyə Tramp qeyd edib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tramp   Əsəd  



Xəbər lenti