Əsədin aviabazasına raket zərbələri endirildi

Əsədin aviabazasına raket zərbələri endirildi
  09 Aprel 2018    Oxunub:1445
Suriyanın şərqində, Homs vilayətində hökumət qüvvələrinə məxsus “T-4” aviabazası raket hücumuna məruz qalıb.

AzVision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb. ““T-4” aviabazasına bir neçə raket atılıb, bunun ABŞ-ın təcavüzü olduğu istisna edilmir”, - deyə agentliyin yaydığı bəyanatda bildirilib.
Suriya Hərbi Hava Qüvvələrinin əsgərləri raketlərə atəş açıblar. “Əl-Mayadin” telekanalı xəbər verir ki, Aralıq dənizindən atılan raketlər Livan ərazisindən Suriya aviabazasına düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   Əsəd  





Xəbər lenti