Amerika ordusu Bakı dəhlizindən keçir

Amerika ordusu Bakı dəhlizindən keçir
  06 Oktyabr 2013    Oxunub:1434
Əfqanıstandan amerika ordu qüvvələri və qeyri-hərbi yüklərinin çıxma prosesi başlayıb.
AzVsison.az NQ-yə istinadən xəbər verir ki, texnikanın Avropaya Azərbaycan vasitəsilə keçdiyi bildirirlir. Aktaudan Bakı sahillərinə gələn ilk parom karvanları artıq bir neçə gün əvvəl görünüb. Buradan yük maşınları və dəmir yolu vasitəsilə Potiyə çatdırılacaq. Olanları ABŞ-nin Azərbaycandakı səfiri Riçard Morninqstar şərh edərkən deyib ki, əsgərlərin bir hissəsi və qeyri-hərbi yüklərin daşınmasında Azərbaycan marşrutu aparıcı rol oynayır. Azərbaycan höküməti hələ keçən il NATO- nun koalisiya qüvvələrinin yüklərinin daşınması üçün Bakı dəhlizindən istifadəyə icazə verib. Qeyd edək ki, rəsmi Bakı NATO ilə danışıqlar zamanı yüklərin daşınması üçün 2014-cü ildə marşuruta çıxarılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən də istifadəni təklif edib.


Teqlər:  





Xəbər lenti