Əsədin hərbi bazasını İsrail bombalayıb - Ölənlərdən üçü İranın müşaviridir

Əsədin hərbi bazasını İsrail bombalayıb - Ölənlərdən üçü İranın müşaviridir
  09 Aprel 2018    Oxunub:2985
Suriyanın Homs əyalətinin Palmir rayonunda yerləşən “Tayfur” (“T-4”) bazasına İsrail Hərbi Hava Qüvvələrinə məxsus 2 “F-15” təyyarəsi zərbələr endirib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 9-da İsrailə məxsus 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb.

Suriya Hava Hücumundan müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiya hərbçilərinin məlumatına görə, üç raket aerodromun qərb hissəsinə düşüb. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.

“FARS” agentliyinin yaydığı məlumata görə, raket zərbələri nəticəsində 15 hərbçi həlak olub. Ölənlərin 12-si suriyalı hərbçi, üçü isə İrandan olan hərbi müşavirlərdir. Onlardan ikisi Təbriz, biri isə Əhvaz şəhərindəndir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Suriya   Rusiya   İsrail   İran  



Xəbər lenti