Seçki məntəqələri hazırdır

Seçki məntəqələri hazırdır
  06 Oktyabr 2013    Oxunub:1360
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində dairə seçki komissiyalarının tərkibinə daxil olan məntəqələrdə seçkilərə hazırlıq işləri sürətlənib.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, 19 və 20 saylı Nərimanov I və II seçki dairələri dairə seçki komissiyalarının tərkibinə daxil olan seçki məntəqələrində oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim-planına uyğun başa çatdırılıb. Seçki məntəqələrində seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Seçki məntəqələri zəruri texniki avadanlıqla təchiz olunub. Seçkilərin gedişini izləmək üçün hər bir seçki məntəqəsində veb-kameralar, eləcə də səsvermə kabinələri quraşdırılıb, seçici siyahıları dəqiqləşdirilibr.
Seçki məntəqələrində də səsvermənin şəffaf, demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.
Müvafiq dairə seçki komissiyasının üzvləri vaxtaşırı məntəqədə olur, işlərin gedişi və seçkilərə hazırlığın vəziyyəti ilə yaxından maraqlanırlar.


Teqlər:  





Xəbər lenti