Sarkisyana cinayət işi açıla bilər - MTX və baş prokurora müraciət edildi
“Bu siyasət nəticəsində, 2008-ci il martın 1-də qətlə yetirilən 10 nəfər barəsində istintaq aparılmayıb və dinc nümayişçilərə qarşı qanunsuz güc tətbiq edən şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. 10 il ərzində Ermənistanın xarici borcu 1.5 milyard dollardan 7 milyard dollara qədər artıb. Rəsmi məlumatlara görə, ən azı 350 000 vətəndaş ölkədən biryolluq mühacirət edib, Ermənistanda demoqrafik vəziyyət pisləşib”.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, 2008 və 2012-ci illərdə keçirilən prezident seçkiləri, 2012 və 2017-ci illərdə keçirilən parlament seçkiləri saxta olub: “Bundan başqa, Ermənistan vətəndaşları siyasi baxışlarına görə qanunsuz cinayət təqibinə məruz qalıb. Düşünürəm ki, Serj Sarkisyanın atmosferin boğucu olması ilə bağlı şəxsi etirafını, Ermənistan Respublikasının vətəndaşları barəsində qanunsuz açılan cinayət işləri nəzərə alınmaqla, qanun qarşısında vətəndaşların eyni məsuliyyət prinsipindən çıxış edərək tələb edirəm ki, Ermənistan vətəndaşı Serj Sarkisyan cinayət məsuliyyətinə cəlb edilsin. Mənim, uşaqlarımın və ailəmin sağlam ətraf mühitdə yaşamaq haqqında konstitusiya hüququ bərpa edilsin”-deyə, Sakunts bildirib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Sarkisyan Cinayət-İşi







Vaxtında, Aydın, Lazımlı!


